Modern.az

Böyükmiqyaslı əməliyyatlar ola bilər - Ermənistana hərbi MESAJ

Böyükmiqyaslı əməliyyatlar ola bilər - Ermənistana hərbi MESAJ

Aktual

24 İyun 2024, 17:06

Son günlər Naxçıvan və Kəlbəcər istiqamətində atəşkəsin pozulması halları baş verir. Ermənistanın Baş naziri Nikol Paşinyan isə atəşkəslə bağlı Azərbaycana təklif  irəli sürüb: "Təklif edirəm ki, Azərbaycanla atəşkəs rejiminin pozulması hallarının araşdırılması üçün ikitərəfli mexanizm formalaşdırılsın".
 

Baş nazir Nikol Paşinyanın bu təklifini necə dəyərləndirmək olar? Belə bir mexanizmin yaradılması nə qədər faydalı rol oynaya bilər?
 

Məsələ ilə bağlı Modern.az-a danışan hərbi ekspert Elxan Şıxaliyev bildirib ki, Ermənistanın bu təklifi qəbuledilməzdir:
 

"Çünki Ermənistan hər zaman bu istiqamətdə öz məsuliyyətini Azərbaycanın üzərinə yıxmaq istəyir. Paşinyan silahlı qüvvələrə nəzarət etməlidir və göstəriş verməlidir ki, heç bir halda atəşkəs pozulmasın. Özü bu tapşırığın icrasına nəzarət etməlidir. Bundan əvvəl də çıxış edib deyirdi ki, "qoşunlar güzgü prinsipi ilə geri çəkilməlidir". Məsələ Ermənistanın Azərbaycana nə təklif etməsi deyil. Ən əhəmiyyətli məsələ Azərbaycanın Ermənistandan nə istəməsi və ona hansı təklifləri verməsidir. Azərbaycan qalib, Ermənistan isə məğlub tərəfdir".

E.Şıxaliyev vurğulayıb ki, Ermənistan tərəfi ikili oynayır:
 

"Sadəcə ikili oyun oynayırlar. Həm atəşkəsi pozurlar, həm də silahlanırlar. Bütün bunlar böyük planın kiçik hissələridir. Buna vaxt lazımdır, onun üçün də atəşkəs pozulmalıdır. Ermənistanın bu planlarının çox tərs fəsadları da ola bilər. Vəziyyət nəzarətdən çıxarsa, atəşkəsin pozulması halları böyük çaplı əməliyyatlara da çevrilə bilər. Ona görə də ən yaxşı halda atəşkəsin pozulması hallarını sıfıra endirməlidirlər. Əks halda, mümkün cavaba hazır olsunlar".

Whatsapp
Bizə yazın!
Keçid et
Şok faktlar - Görün Nəcməddin Sadıkov 29 min pulla nə edib?