Modern.az

Fransanın Ermənistandakı səfiri Azərbaycanla sərhədə gəldi

Fransanın Ermənistandakı səfiri Azərbaycanla sərhədə gəldi

Aktual

25 İyun 2024, 09:30

Fransanın Ermənistandakı səfiri Olivye Dekotini Azərbaycanla sərhəddə yerləşən Zəngəzur (Sünik) bölgəsinə səfər edib.

Modern.az xəbər verir ki, səfir Sisianda Fransanın Erməni Fondunun nümayəndəsi ilə Ümumdünya Ərzaq Proqramının dəstəklədiyi Spandariya kanalının bərpası məsələsini müzakirə edib.

Dekotini həmçinin Gorusda 2014-cü ildə fransız və erməni könüllülər tərəfindən bərpa edilmiş Müqəddəs Hripsime kilsəsinə də gedib.

Sonra o, Gorus şəhərinin meri Aruş Aruşanyanla əməkdaşlıq məsələlərini müzakirə edib.
 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Azərbaycandan Ermənistana çagırış-Bakıya gəlin!