Modern.az

Azərbaycan dilindən imtahan verəcək abituriyentlərə xəbərdarlıq

Azərbaycan dilindən imtahan verəcək abituriyentlərə xəbərdarlıq

Aktual

25 İyun 2024, 10:46

Dövlət İmtahan Mərkəzi (DİM) iyunun 30-da abituriyentlər üçün Azərbaycan dili (dövlət dili kimi) imtahanı keçirəcək.

Modern.az xəbər verir ki, Azərbaycan dili (dövlət dili kimi) imtahanında 5-10 iyun tarixlərində qeydiyyatdan keçən aşağıdakı kateqoriyaya aid olan abituriyentlər (şagirdlər) iştirak edəcəklər:
 

  • Ali və ya orta ixtisas təhsil müəssisələrinə qəbul olmaq üçün sənəd verən, lakin mayın 12-də keçirilən imtahanda iştirak etməyən və ya iştirak edib “qeyri-məqbul” qiymət alan cari və əvvəlki illərin abituriyentləri. Bu kateqoriyaya aid olan abituriyentlər imtahana buraxılış vərəqəsini verilən linkdən (//www.e-gov.az/az/services/read/2516/0?tqdk_xdm=110) çap etməlidirlər.
     
  • Hər hansı səbəbdən buraxılış imtahanı çərçivəsində ümumi (9 illik) və tam (11 illik) orta təhsil səviyyəsi üzrə 2024-cü il mayın 12-də keçirilən Azərbaycan dili (dövlət dili kimi) imtahanında iştirak etməyən cari ilin məzunları. Bu şagirdlər buraxılış vərəqəsini verilən linkdən (//www.e-gov.az/az/services/read/2516/0?tqdk_xdm=126) çap etməlidirlər.
     

İştirakçılar imtahana aşağıdakı sənədləri gətirməlidirlər:
 

- imtahana buraxılış vərəqəsi;

- şəxsiyyəti təsdiq edən sənədin əsli.
 

a) Azərbaycan Respublikasının vətəndaşları (16 yaşı tamam olmayan şagirdlər də daxil olmaqla) şəxsiyyət vəsiqəsini;

b) əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş icazə vəsiqələrini, qaçqın statusu almış xarici vətəndaşlar və onların ailə üzvləri isə qaçqın vəsiqələrini;

- Şəxsiyyət vəsiqəsində şəkli olmayan  şəxslər  digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı (arayışa şagirdin 3x4sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir).

Qeyd edək ki, imtahanda iştirak edəcək şəxs imtahana gələrkən şəxsiyyətini təsdiq edən sənədin əslini və “İmtahana buraxılış vərəqəsi” mütləq gətirməlidir.

Göstərilən sənədlərdən hər hansı biri olmazsa və ya sənədlər arasında uyğunsuzluq olarsa, həmin şəxs imtahana buraxılmayacaq. 

Whatsapp
Bizə yazın!
Keçid et
Azərbaycanlı tələbə TRAMPIN vurulmasını lentə aldı