Modern.az

Taksi fəaliyyəti üçün icazə alan sürücülərin sayı 7 mini ÖTÜB

Taksi fəaliyyəti üçün icazə alan sürücülərin sayı 7 mini ÖTÜB

25 İyun 2024, 11:36

Azərbaycanda taksi fəaliyyəti üçün icazə ( “Buraxılış vəsiqəsi” və “Buraxılış kartı”) alan sürücülərin sayı 7 mini keçib.

 

Modern.az bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) istinadən xəbər verir.

 

"Təlim keçən sürücülərin sayı isə 24 mini keçib", - deyə agentlik bəyan edib.

 

Xatırladaq ki, bu il martın 28-də Nazirlər Kabineti “Müntəzəm və taksi minik avtomobili ilə sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələrinin texniki göstəriciləri, daxili və xarici tərtibatına dair tələblər”i təsdiqləyib. Tələbə əsasən, sürücülər taksi fəaliyyəti üçün icazə ( “Buraxılış vəsiqəsi” və “Buraxılış kartı”) almalıdır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Azərbaycanlı tələbə TRAMPIN vurulmasını lentə aldı