Modern.az

Deputat bu cəriməni artırmağı təklif etdi

Deputat bu cəriməni artırmağı təklif etdi

Aktual

25 İyun 2024, 12:52

"Enerji doldurulması üçün müəyyən edilmiş parklanma yerlərində enerji doldurmaq məqsədilə elektrik mühərrikli nəqliyyat vasitələrinin durması istisna olmaqla, nəqliyyat vasitələrinin parklanması üçün cərimə 20 manat nəzərdə tutulub. Bu, çox azdır".

 

Modern.az xəbər verir ki, bunu Milli Məclisin iclasında deputat Naqif Həmzəyev deyib. 

“Enerji doldurma məntəqələrinin sayı azlıq təşkil edir. Hər hansı şəxs avtomobilini orada saxlayıb gedir. Gün ərzində parklanmaya görə 20 manata yaxın pul ödəyirik. O baxımdan düşünürlər ki, bu cərimə bir şey edəsi deyil. O zaman xeyli sayda elektrikli avtomobil enerji doldurmaqdan məhrum olur. Bu baxımdan, həmin cəriməni 40 manat etsək yaxşı olar",-deyə o bildirib.

Twitter
Sizə yeni tvit var
Keçid et
Azərbaycanlı tələbə TRAMPIN vurulmasını lentə aldı