Modern.az

Naxçıvan Tibb Müəssisələrinin İdarəetmə birliyinə icraçı direktor təyin olundu

Naxçıvan Tibb Müəssisələrinin İdarəetmə birliyinə icraçı direktor təyin olundu

25 İyun 2024, 13:38

“Naxçıvan Muxtar Respublikasının Tibb Müəssisələrinin İdarəetmə Birliyi” publik hüquqi şəxsinin icraçı direktoru vəzifəsinə təyin olunub.

Modern.az xəbər verir ki, "Naxçıvan Muxtar Respublikasının Tibb Müəssisələrinin İdarəetmə Birliyi” publik hüquqi şəxsin Müşahidə Şurasının qərarına əsasən, Məmmədov Vüsal Ələkbər oğlu publik hüquqi şəxsin icraçı direktoru vəzifəsinə təyinat alıb.

Vüsal Məmmədov bu təyinata qədər Naxçıvan MR Səhiyyə Nazirliyində Aparat rəhbəri vəzifəsində işləyib.

Həmçinin Naxçıvan MR İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi publik hüquqi şəxsində şöbə müdiri, "Naxçıvansığorta" ASC-də İdarə heyətinin üzvü və digər vəzifələrdə çalışıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?