Modern.az

Köhnə avtomobillərin utilizasiyası prosesinə başlanılıb

Köhnə avtomobillərin utilizasiyası prosesinə başlanılıb

27 İyun 2024, 11:12

Azərbaycanda ekoloji sağlamlığın qorunması məqsədilə köhnə nəqliyyat vasitələrinin utilizasiyası prosesinə başlanılıb.

 

Modern.az xəbər verir ki, bunu Nazirlər Kabinetinin Kənd təsərrüfatı və ekologiya şöbəsinin müdiri Lətif Qasımov “Yaşıl dünya naminə həmrəylik: Dayanıqlı gələcək üçün tullantıdan dəyərə” adlı Beynəlxalq Forumda çıxışı zamanı deyib.

 

Onun sözlərinə görə, iqlim dəyişikliyi əhalinin həyat şəraitinə ciddi təsir göstərir: “Bu ilin noyabr ayında Bakıda keçiriləcək COP29 tədbiri də ekoloji sağlamlıq üçün yeni imkanlar yaradır”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?