Modern.az

MSK növbədənkənar parlament seçkilərilə bağlı iclas ÇAĞIRDI

MSK növbədənkənar parlament seçkilərilə bağlı iclas ÇAĞIRDI

Aktual

27 İyun 2024, 12:12

Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) iclası keçiriləcək.

 

Modern.az xəbər verir ki, iclasda növbədənkənar parlament seçkilərinin keçirilməsi ilə bağlı məsələnin müzakirə olunması gözlənilir. 

 

Xatırladaq ki, Milli Məclis iyunun 21-də növbədənkənar parlament seçkilərinin təyin edilməsi üçün Azərbaycan Respublikasının Prezidentinə müraciət edib.

 

Konstitusiya Məhkəməsinin Plenumu isə bu gün növbədənkənar seçkilərlə bağlı Prezident sorğusuna baxır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu