Modern.az

Məişət tullantılarının təhlükəsi günümüzün əsas problemidir

Məişət tullantılarının təhlükəsi günümüzün əsas problemidir

27 İyun 2024, 12:50

Bakıda “Yaşıl dünya naminə Həmrəylik: Dayanıqlı Gələcək üçün Tullantıdan Dəyərə” adlı Beynəlxalq Forum keçirilir. Məişət tullantıları bu gün hansı təhlükələr yaradır? Forumun Azərbaycan üçün əhəmiyyəti nədən ibarətdir?

 

Mövzu ilə bağlı Modern.az-a danışa ekoloq Rövşən Abbasov bildirib ki, məişət tullantılarının idarə olunması dünyamızın əsas qlobal problemlərindən biridir:

 

“Bu daha çox son 50-60 ildə plastik istehlakının artması ilə bağlıdır. Plastiklərdən çox istifadə etmək günümüzdə məişət tullantılarının getdikcə artmasına səbəb olub. Bundan əlavə, son 150 ildəki sənaye inkişafı nəticəsində çöxsaylı kimyəvi tullantılar əmələ gəlmişdir. Bu da əlbəttə ki, təbiətə, insan sağlamlığına mənfi təsir edir. Bu təsirlər təkcə günmüzün insanlarının deyil, həm də gələcək nəsillərin sağlamlığını təhlükəyə atır. Ona görə də bu kimi tədbirlərin keçirilməsi, belə məsələlərin Azərbaycanda müzakirə olunması çox mühümdür”.

 

Rəşid Qarayev

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?