Modern.az

Yeni növraqla süslənən Sus…

Yeni növraqla süslənən Sus…

Aktual

27 İyun 2024, 14:24

Laçın rayonunun Sus kəndinin uzun illərdir respublikanın müxtəlif yerlərində müvəqqəti məskunlaşmış sakinləri doğma yurda qayıdırlar. Yenidən tikilmiş kənddəki yaraşıqlı, rahat evlərdə yaşayacaq, ötən çətin günlərin ağrı-acısını unudacaqlar. Yaşlılar sevincdən ağlayır, uşaqlar yeni həyatın sevincini yaşayırlar… Suslular da, Böyük Qayıdışın əhatə etdiyi bütün keçmiş məcburi köçkünlər kimi, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevə, rəşadətli ordumuza minnətdarlıqla, qəhrəman şəhidlərimizə rəhmət, qazilərimizə şəfa, veteranlarımıza cansağlığı diləyi ilə yurda dönürlər...

 

Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi Laçın rayonunun Sus kəndinə qayıdışa həsr olunmuş videoçarxı təqdim edir.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Milli Məclis BURAXILDI - Xəbəriniz Var?