Modern.az

Araz çayında suyun səviyyəsi artıb

Araz çayında suyun səviyyəsi artıb

Aktual

27 İyun 2024, 16:00

Araz çayında suyun səviyyəsində artım müşahidə olunur. Bəhrəmtəpə Hidroqovşağında suyun səviyyəsinin nizamlanması üçün təcili təxirəsalınmaz tədbirlər görülür.

 

Modern.az xəbər verir ki, ölkə ərazisində müşahidə olunan yağıntılı hava şəraiti Araz çayında da suyun səviyyəsinin artmasına təsir edib. Bəhrəmtəpə Hidroqovşaq İstismarı İdarəsinin rəisi Cəlil Əliyevin sözlərinə görə, ötən gün axşam saatlarından çayda suyun səviyyəsi artmağa başlayıb. Bu gün səhər saatlarında Arazda suyun axımı saniyədə 400 kubmetrə bərabər olduğu üçün hidroqovşaqdakı ötürücü qapılar vasitəsi ilə suyun nizamlanması işlərinə başlanılıb.

Hazırda çayda su axımı saniyədə 120 kubmetrə qədər endirilib. İdarədən verilən məlumata görə, hidroqovşaqda 6 ədəd suötürücü qapı var və bunlar vasitəsi ilə saniyədə 2700 kubmetr suyun buraxılması və nizamlanması mümkündür. Hazırda çayda suyun səviyyəsi ilə bağlı hər hansısa təhlükə yoxdur.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Milli Məclis BURAXILDI - Xəbəriniz Var?