Modern.az

Övladlarını bu səbəbdən sığınacağa yerləşdirirlər: Aliment, xaricə getmək...

Övladlarını bu səbəbdən sığınacağa yerləşdirirlər: Aliment, xaricə getmək...

Aktual

27 İyun 2024, 18:53

"Elə gün olub ki, sutka ərzində azyaşlı uşaqların Azərbaycan Uşaqlar Birliyi-Uşaq Sığınacağı Reinteqrasiya Mərkəzinə yerləşdirilməsi üçün səkkiz müraciət daxil olub. Səbəb isə ananın onları tərk etməsi, atanın aliment ödəməməsi, valideynin xaricə işləməyə getməsidir".

 

Modern.az xəbər verir ki, bunu mərkəzin təsisçisi Kəmalə Ağazadə özünün sosial şəbəkə hesabında yazıb.

 

Onun sözlərinə görə, belə səbəblərə görə övladını sığınacağa yerləşdirməklə bağlı ay ərzində təxminən 50 müraciət daxil olur.

 

"Gün ərzində mərkəzə on aylıq - on yaş arası uşaqları sığınacağa yerləşdirmək üçün səkkiz müraciət daxil olub. Səbəblər: ana tərk edib, ata aliment ödəmir, valideyn xaricə işləməyə gedir. Ay ərzində müraciət edənlərin əksəriyyəti tək analar, uğursuz ailələrdir. Onlar qısa müddət üçün uşaqlarını sığınacağa yerləşdirmək istəyirlər. Mərkəz zorakılığa məruz qalmış uşaqları reabilitasiya etdiyi üçün hər müraciəti qəbul etmirik. Sığınacaq üçün icra hakimiyyətinin və Sosial Xidmətlər Agentliyinin birgə rəyi olmalıdır. Təbii ki, qeyri-məqbul səbəblər olduqda uşaqların qəbulu geri çevrilir", - deyə Kəmalə Ağazadə qeyd edib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Milli Məclis BURAXILDI - Xəbəriniz Var?