Modern.az

Lahıc-Şamaxı yolunda torpaq sürüşməsi - FOTOLAR

Lahıc-Şamaxı yolunda torpaq sürüşməsi - FOTOLAR

Aktual

27 İyun 2024, 20:50

Lahıc-Dəmirçi-Şamaxı yolunda torpaq sürüşməsi baş verib, nəticədə avtomobil yolunun İsmayıllı rayonundan keçən bəzi hissələrində asfalt örtüyü çöküb.

 

Modern.az xəbər verir ki, torpaq sürüşməsi nəticəsində yolun hərəkət hissəsində zolaqlardan biri keçilməz vəziyyətə düşüb.

 

Xatırladaq ki, hazırda İsmayıllı-Lahıc avtomobil yolu bağlı olduğundan bu yol İsmayıllının rayon mərkəzi ilə əlaqəsi kəsilən bir çox kəndinin, həmçinin Lahıcdakı turistlərin Bakıya qayıda biləcəyi əsas yol hesab edilir.

 

Qeyd edək ki, axşam saatlarında İsmayıllı-Lahıc yolunda uçqun baş verib. Hərəkət hissəsinə tökülən qaya parçaları yolun hər iki istiqamətdə bağlanmasına səbəb olub.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Milli Məclis BURAXILDI - Xəbəriniz Var?