Modern.az

Azərbaycanla Serbiyanın hərbi ekspertləri görüşdülər

Azərbaycanla Serbiyanın hərbi ekspertləri görüşdülər

Aktual

28 İyun 2024, 10:00

Azərbaycan və Serbiya müdafiə nazirlikləri arasında ikitərəfli əməkdaşlıq planına əsasən, Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsində “Quru Qoşunlarının döyüş hazırlığı və öyrənilmiş təcrübələr” mövzusu üzrə hər iki ölkənin hərbi ekspertlərinin görüşü keçirilib.

 

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Modern.az-a bildirilib ki, serbiyalı qonaqlara Azərbaycan Ordusunun Quru Qoşunlarında döyüş hazırlığının təşkili və digər fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verilib.

 

Görüşdə hər iki ölkənin Quru Qoşunlarının döyüş hazırlığı üzrə vəzifəli şəxsləri və mütəxəssisləri tərəfindən brifinqlər təqdim olunduqdan sonra geniş müzakirələr aparılıb, həmçinin qarşılıqlı maraq doğuran suallar cavablandırılıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər