Modern.az

Azərbaycanlı referiyə UEFA-dan təyinat

Azərbaycanlı referiyə UEFA-dan təyinat

28 İyun 2024, 10:30

Azərbaycanlı FİFA referisi Kamal Umudlu UEFA Konfrans Liqası oyununa təyinat alıb.

 

Modern.az xəbər verir ki, o, 1-ci təsnifat mərhələsində Albaniyanın “Vlajniya” və İslandiyanın “Valyur” klubları arasında keçiriləcək cavab oyununu idarə edəcək.

 

Umudluya yan xətdə  Namik Hüseynov və Vüsal Məmmədov kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə Tural Qurbanov yerinə yetirəcək.

 

Qeyd edək ki, iyulun 18-də Albaniyanın Şkoder şəhərində keçiriləcək oyun saat 20:00-da başlayacaq.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Milli Məclis BURAXILDI - Xəbəriniz Var?