Modern.az

İnam Kərimov Məhkəmə-Hüquq Şurasını topladı

İnam Kərimov Məhkəmə-Hüquq Şurasını topladı

28 İyun 2024, 11:09

İyunun 27-də Məhkəmə-Hüquq Şurasının növbəti iclası keçirilib.

Bu barədə Modern.az-a Şuradan bildirilib.

İclasda çıxış edən Məhkəmə-Hüquq Şurasının sədri İnam Kərimov ədalət mühakiməsinin keyfiyyətinin yüksəldilməsi və müasir çağırışlara uyğun təkmilləşdirilməsi, məhkəmələrin fəaliyyətinin daha optimal şəkildə qurulması məqsədilə görülmüş işlər barədə məlumat verib.

İclasda məhkəmə fəaliyyətinin ayrı-ayrı istiqamətləri, o cümlədən icraatı dayandırılan və uzun müddət məhkəmə baxışında olan cinayət işləri ilə bağlı Baş Prokurorluğun nümayəndələrinin iştirakı ilə məruzələr dinlənilib, fikir mübadiləsi aparılıb.

Həmçinin iclasda cari məsələlərə, o cümlədən Hakimlərin Seçki Komitəsinə üzv təyin edilməsi, bəzi birinci instansiya məhkəmələrinə hakim ştatlarının paylanılması məsələlərinə baxılıb.

İclasda intizam icraatı üzrə işlərə baxılaraq müvafiq qərarlar qəbul edilib.

Whatsapp
Bizə yazın!
Keçid et
Milli Məclis BURAXILDI - Xəbəriniz Var?