Modern.az

İsmayıllı-Lahıc avtomobil yolu qaya parçalarından təmizlənir

İsmayıllı-Lahıc avtomobil yolu qaya parçalarından təmizlənir

Aktual

28 İyun 2024, 14:00

Ötən gün iri qaya parçalarının İsmayıllı-Lahıc avtomobil yolunun hərəkət hissəsinə tökülməsi səbəbindən hər iki istiqamətdə bağlanan yolu açmaq hələlik mümkün olmayıb.

 

Modern.az xəbər verir ki, hadisədən sonra əraziyə ağır texnika və canlı qüvvə cəlb edilib. İri qaya parçalarının və daşların yoldan təmizlənməsi işləri davam edir.

 

Ötən gündən etibarən Lahıc qəsəbəsi də daxil olmaqla, İsmayıllının bir neçə kəndinin rayon mərkəzi ilə əlaqəsi kəsilib. Uçqun zamanı ərazidən keçən elektrik dirəkləri və naqilləri də zədələnib, qəsəbə və ətraf kəndlər işıqsız qalıb.

 

Hazırda yolların təmizlənməsi, elektirik enerjisinin bərpa olunması üçün ərazidə iş görülür.

Whatsapp
Bizə yazın!
Keçid et
Milli Məclis BURAXILDI - Xəbəriniz Var?