Modern.az

Şəhid Əhliman Əsgərovun nəşinin qalıqları Şəmkirdə torpağa tapşırıldı

Şəhid Əhliman Əsgərovun nəşinin qalıqları Şəmkirdə torpağa tapşırıldı

28 İyun 2024, 15:12

Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan Əsgərov Əhliman Vahid oğlunun meyitinin qalıqları Şəmkirdə dəfn edilib.

Modern.az xəbər verir ki, bu gün şəhidin evində vida mərasimi keçirilib. Vida mərasimində şəhidin ailə üzvləri, qazilər, eləcə də rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının əməkdaşları, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Cənazə namazı qılındıqdan sonra Əhliman Əsgərovun nəşi Şəmkirin Seyfəli kənd qəbiristanlığında torpağa tapşırılıb, ruhuna dualar oxunub.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər