Modern.az

ABŞ Azərbaycanı NATO sammitinə dəvət edib

ABŞ Azərbaycanı NATO sammitinə dəvət edib

Aktual

28 İyun 2024, 17:52

ABŞ Azərbaycanı NATO sammitinə dəvət edib.

Modern.az xəbər verir ki, bu barədə Azərbaycanda səfərdə olan Amerika Birləşmiş Ştatları Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O’Brayn jurnalistlər üçün keçirdiyi brifinqdə bildirib.

Diplomat bildirib ki, ABŞ Azərbaycan və Ermənistanı Vaşinqtonda keçiriləcək NATO sammiti çərçivəsində tərəfdaşların toplantısına dəvət edib.

"Dövlət katibi Entoni Blinken Azərbaycan və Ermınistanın da daxil olduğu NATO tərəfdaşlarının tədbirinə ev sahibliyi edəcək. Mən hər iki ölkənin iştirakını gözləyirəm. Bu ölkələr də daxil olmaqla, ümümilikdə 30 ölkə orda birgə iştirak edəcək", - o deyib.

Qeyd edək ki, NATO-nun Vaşiqnton sammiti 9-11 iyul tarixlərində keçiriləcək.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Milli Məclis BURAXILDI - Xəbəriniz Var?