Modern.az

Çətənə yetişdirən qardaşlar saxlanıldı

Çətənə yetişdirən qardaşlar saxlanıldı

Aktual

29 İyun 2024, 09:48

Sabirabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat zamanı narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan Nurlan Əliyev və qardaşı Dilavər saxlanılıblar.

 

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Modern.az-a verilən məlumata görə, onların yaşadıqları ünvanlara keçirilən baxış zamanı N.Əliyevin həyətyanı sahəsindən kultivasiya yolu ilə yetişdirilən çəkisi 45 kiloqram olan 128 ədəd çətənə kolu və 100 qrama yaxın marixuana, D.Əliyevin həyətindən isə çəkisi 32 kiloqram olan 39 ədəd çətənə kolu və 4 kiloqram marixuana aşkarlanıb.

 

Faktlarla bağlı cinayət işləri başlanılıb, araşdırmalar aparılır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Avtobus və metroda gediş haqqı dəyişdi - Xəbəriniz var?