Modern.az

Bu rayonlara leysan yağdı

Bu rayonlara leysan yağdı

Aktual

29 İyun 2024, 10:14

İyunun 28-i günün ikinci yarısından bəzi dağlıq və dağətəyi rayonlarda qısamüddətli leysan xarakterli yağış yağıb, şimşək çaxıb.

 

Milli Hidrometeorologiya Xidmətindən Modern.az-a verilən məlumata görə, əksər rayonlarda hava şəraiti əsasən yağmursuz keçib.

 

Düşən yağıntının miqdarı Zaqatalada 27 mm, Balakəndə 17 mm, Oğuzda 11 mm, Astarada 8 mm, Qusar, Qəbələ, Quba, Xaltan, Ağsu, İsmayıllı, Şahdağda 6 mm-dək olub.

 

Verilmiş sarı xəbərdarlığa uyğun olaraq şimal-şərq küləyi arabir Culfada 22 m/s-dək güclənib.

 

Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 31, Naxçıvan MR-da 35, Aran rayonlarında 31, dağlıq rayonlarda 20 dərəcəyədək isti olub.

Twitter
Sizə yeni tvit var
Keçid et
Avtobus və metroda gediş haqqı dəyişdi - Xəbəriniz var?