Modern.az

Agentlik sədrinə yeni müşavir TƏYİN EDİLDİ 

Agentlik sədrinə yeni müşavir TƏYİN EDİLDİ 

1 İyul 2024, 20:56

Dövlət Məşğulluq Agentliyinin idarə heyətinin sədrinə yeni müşavir təyin olunub.

 

Modern.az "Report"a istinadən xəbər verir ki, bununla bağlı müvafiq əmr imzalanıb.

 

Əmrə əsasən, bu vəzifəyə Səməd Sahibzadə gətirilib.

 

Qeyd edək ki, S.Sahibzadə ADA Universitetinin Beynəlxalq münasibətlər fakültəsini bitirib və Hökumətlərarası Təqaüd Proqramı çərçivəsində Çin Xalq Respublikasında Dövlət İdarəetməsi (MPA) ixtisası üzrə magistr təhsili alıb. 2020-ci ildən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində böyük məsləhətçi vəzifəsində çalışıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Türkiyə qarışdı: qızmış kütlə əsgərlərə HÜCUM ETDİ