Modern.az

Cinayətdə şübhəli bilinən 23 nəfər saxlanıldı

Cinayətdə şübhəli bilinən 23 nəfər saxlanıldı

Aktual

2 İyul 2024, 10:04

İyulun 1-də ölkə ərazisində qeydə alınan 24, əvvəlki dövrlərdən bağlı qalan 4 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.

 

DİN-in Mətbuat Xidmətindən Modern.az-a verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 29, o cümlədən borclu şəxs qismində axtarışda olan 21 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

 

Narkotiklərlə əlaqəli 9, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 5 fakt müəyyən edilib.

 

Cinayət törətməkdə şübhəli bilinən 23 nəfər saxlanılıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiya qərar verdi: “Ərdoğan vasitəçi olmayacaq”