Modern.az

Hacıqabulda Polis Günü qeyd edilib - FOTO

Hacıqabulda Polis Günü qeyd edilib - FOTO

Aktual

2 İyul 2024, 12:56

2 iyul - Polis işçilərinin peşə bayramı günü Hacıqabul rayonunda da təntənə ilə qeyd edilib.

 

Modern.az xəbər verir ki, tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Rüstəm Xəlilov, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə, təşkilat rəhbərləri və bir qrup ictimaiyyət nümayəndələri iştirak edib.

 

Əvvəlcə tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edərək, önünə gül dəstələri düzüblər. Tədbir Rayon Polis Şöbəsinin iclas zalında davam edib. İlk olaraq Azərbaycan Respublikası Daxili İşlər Naziri, general-polkovnik Vilayət Eyvazovun peşə bayramı münasibətilə şəxsi heyətə ünvanladığı təbrik məktubu oxunub. 

 

Sonra Hacıqabul rayon İcra Hakimiyyətinin başçısı Rüstəm Xəlilov polis əməkdaşlarını Peşə Bayramı münasibətilə təbrik edərək, bu gün Prezident  cənab İlham Əliyevin rəhbərliyi ilə Daxili İşlər orqanlarında aparılan uğurlu islahatlardan, Azərbaycan polisinin şərəfli, fədakar əməyindən, ölkəmizdə əmin-amanlığın, sabitliyin qorunmasındakı misilsiz xidmətindən danışmışdır. Xidməti zamanı fərqlənən 8 polis əməkdaşına Hacıqabul rayon İcra Hakimiyyəti başçısının Fəxri Fərmanı təqdim edilib.

 

Tədbirdə rayonda fəaliyyət göstərən hüquq-mühafizə orqanlarının rəhbərləri çıxış edərək iştirakçılara bayram təbriklərini çatdırıblar.

 

Sonda Hacıqabul rayon Polis şöbəsini rəisi, polis polkovnik-leytenantı Anar Xəlilov çıxış edərək tədbirdə iştirak edən qonaqlara öz təşəkkürünü bildirib, şəxsi heyəti peşə bayramı münasibətilə təbrik edib.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiya qərar verdi: “Ərdoğan vasitəçi olmayacaq”