Modern.az

Füzulidə görülən işlərin hesabatı verildi

Füzulidə görülən işlərin hesabatı verildi

Aktual

2 İyul 2024, 14:59

"Aparılan əsas işlərdən biri mina təmizlənməsi əməliyyatıdır".

Modern.az xəbər verir ki, bunu Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin əməkdaşı Ümid İsazadə Füzulidə media nümayəndələri üçün təşkil olunmuş brifinqdə deyib.

"Bundan sonra baza strukturunun qurulması işləri aparılır. Əlavə olaraq, şəhər işıq, su və qazla tam təmin olunub. 822 ailə artıq işğaldan azad olunmuş Füzuli şəhərinə qayıdıb. Onların sevincini sosial şəbəkələrdəki videolardan da görə bilərsiniz". 

Nümayəndəlik rəsmisi bildirib ki, köçən əhalinin əmək qabiliyyəti tam detallı təhlil edilir və ərazidə vakansiyalar hər kəsə uyğun olan şəkilkdə bölüşdürülür:

"Onlar həm dövlət, həm özəl müəssisələrdə işləyə, eyni zamanda fərdi sahibkar ola bilərlər. 1300 kv. metrdən çox qeyri-yaşayış ərazisi Füzuli sakinlərinə verilib. 110 sakinin müraciətinə baxırıq. Onlar da yaxında qeyri-yaşayış sahələri ilə təmin olunacaqlar. Ərazidə sənaye zonası da var. Sahibkarlar orada öz işlərini qura biləcəklər". 

Ü.İsazadə qarşıdakı işlər barədə də məlumat verib:

"Ərazidə qardaş ölkə Özbəkistanın tikdirdiyi 960 yerlik Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəb, 600 yerlik uşaq yaradıcılıq mərkəzi yerləşir, 240 yerlik bağça tikilir və 180 yerlik xəstəxananın layihələndirilməsi nəzərdə tutulub. Tikilmiş 38 binanın yanında park da yerləşir. Əlavə olaraq, böyük mərkəzi park da tikiləcək. Birinci yaşayış məhəlləsindən əlavə, ikinci və üçüncü yaşayış məhəllələrinin layihələndirilməsi də davam etdirilir. 6 kəndin təməli qoyulub. Dövlətyarlı kəndinin torpaq tikinti işləri bitib. İlkin mərhələdə 450 evin tikintisi nəzərdə tutulub. Dədəli kəndində də torpaq işlərinin yaxın zamanda başlanılması nəzərdə tutulur".

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiya qərar verdi: “Ərdoğan vasitəçi olmayacaq”