Modern.az

Qarabağ Universitetinə prorektor vakansiyaları elan olundu

Qarabağ Universitetinə prorektor vakansiyaları elan olundu

Aktual

2 İyul 2024, 16:56

Qarabağ Universitetində Tədris məsələləri üzrə prorektor və Elm və İnnovasiya məsələləri üzrə prorektor vəzifələri üzrə vakansiyalar elan edilib.

 

Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən Modern.az-a verilən xəbərə görə, tələblərə cavab verən namizədlər müraciətlərini mövzu yerinə “_prorektor” yazmaqla [email protected] elektron poçt ünvanına göndərə bilərlər.

 

Vakansiyalar üzrə son müraciət tarixi 8 iyul 2024-cü ildir. Namizədlər ətraflı məlumatla elanlar vasitəsilə tanış ola bilərlər.

Tədris məsələləri üzrə prorektor: //t.ly/TF6WJ

Elm və İnnovasiya məsələləri: //t.ly/Rrict

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiya qərar verdi: “Ərdoğan vasitəçi olmayacaq”