Modern.az

Goranboyda Polisi Günü qeyd edilib - FOTO

Goranboyda Polisi Günü qeyd edilib - FOTO

Aktual

2 İyul 2024, 16:00

Goranboy rayonunda da “02-iyul-Polis Günü” ilə bağlı, tədbir keçirilib.

Modern.az xəbər verir ki, tədbir iştirakçıları öncə Ümummilli Lider Heydər Əliyevin rayon mərkəzində ucaldılmış abidəsini və Heydər Əliyev Mərkəzini ziyarət ediblər.

Sonra tədbir rayon Polis şöbəsində davam etdirilib.

Tədbirdə rayon İcra Hakimiyyətinin Başçısı və rayonun digər rəhbər şəxsləri iştirak ediblər.

Prezident İlham Əliyevin ölkənin daxili işlər orqanlarında uğurla həyata keçirdiyi islahatlar və dövlət başçısının bu sahəyə göstərdiyi diqqət və qayğı barədə danışan icra başçısı Məhərrəm Quliyev Polisin Peşə bayramı günü ilə bağlı, rayon Polis şöbəsinin rəhbər və bütün şəxsi heyyətini təbrik edib.

Tədbirin sonunda rayon Polis şöbəsinin xidmətdə fərqlənən bir qrup əməkdaşına rayon İcra Hakimiyyəti Başçısının Fəxri Fərmanları təqdim edilib.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiya qərar verdi: “Ərdoğan vasitəçi olmayacaq”