Modern.az

Bakının daha bir küçəsində avtobus zolağı yaradılır - FOTO

Bakının daha bir küçəsində avtobus zolağı yaradılır - FOTO

Aktual

2 İyul 2024, 18:57

Ümumi istifadədə olan nəqliyyat vasitələri üçün xüsusi hərəkət zolaqları şəbəkəsinin təşkili ilə bağlı tədbirlər davam etdirilir.

 

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) Modern.az-a verilən məlumata görə, bu çərçivədə Əbdürrəhim bəy Haqverdiyev küçəsində – İnşaatçılar prospektindən Mətbuat prospektinədək hərəkət zolağı təşkil edilib. Həmin yol sahəsində avtobus zolağının tələbinə uyğun nişanlanma xətləri çəkilib və müvafiq yol nişanları quraşdırılır.

 

“Gün ərzində Ə.Haqverdiyev küçəsindən 1123 dəfə avtobus keçir. İctimai nəqliyyat istifadəçilərinin rahat, maneəsiz və əlavə vaxt itkisinə məruz qalmadan daşınmasına şərait yaradan zolaqların əhəmiyyətini nəzərə alaraq, hərəkət iştirakçılarını qaydalara riayət etməyə çağırırıq. Avtobus zolaqlarının davamlılığının təmin edilməsi, həmçinin yaşayış məntəqələri və mühüm nəqliyyat dəhlizlərini əhatə edən zəncirvari şəbəkənin qurulması məqsədilə bu işlər digər küçə və prospektlərdə də həyata keçiriləcək”, - deyə Agentlikdən bildirilib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiya qərar verdi: “Ərdoğan vasitəçi olmayacaq”