Modern.az

Azərbaycanda dövlətə məxsus gəmi hərraca çıxarılacaq

Azərbaycanda dövlətə məxsus gəmi hərraca çıxarılacaq

3 İyul 2024, 12:52

Azərbaycanda dövlətə məxsus "Vixr" tipli gəmi hərraca çıxarılacaq.

 

Modern.az bu barədə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə istinadən xəbər verir.

 

Məlumata görə, iyulun 23-də və 30-da Azərbaycanda dövlət əmlaklarının özəlləşdirilməsi ilə bağlı növbəti hərraclar keçiriləcək. Hərraclara 4 səhmdar cəmiyyətinin səhm paketi, 34 nəqliyyat vasitəsi və müxtəlif növ avadanlıqlar çıxarılacaq.

 

Səhmdar cəmiyyətləri sənaye, xidmət sahələrinə aiddir. Onların 30-44 %-lik səhm paketi özəlləşdirilməyə çıxarılıb. Nəqliyyat vasitələrinin isə markaları müxtəlifdir. Onların sırasında gəmi də var. İlkin qiyməti 900 000 manat olan "B-98" layihəli gəmi alıcılara təklif olunur. Hərraca çıxarılan avtomobillərin istehsal tarixi 1993-2019-cu illər arasında dəyişir.

 

Hərraca çıxarılan əmlakların siyahısı ilə //clck.ru/3BfQrn linki vasitəsilə tanış olmaq mümkündür.

 

İştirak etmək istəyənlər Xidmətin rəsmi saytından (emlak.gov.az) və ya Özəlləşdirmə portalından (privatization.az) hərraca çıxarılan dövlət əmlakı üzrə seçim edə bilər. Elektron Xidmətlər Portalında (e-emlak.gov.az) qeydiyyatdan keçməklə, dövlət əmlakının ilkin hərrac qiymətinin 10 %-i qədər beh ödəyərək iştirakçı statusu əldə etmək olar.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiya qərar verdi: “Ərdoğan vasitəçi olmayacaq”