Modern.az

Gəncə Dövlət Universitetində “Qərbi Azərbaycana qayıdış” adlı tədbir keçirilib

Gəncə Dövlət Universitetində “Qərbi Azərbaycana qayıdış” adlı tədbir keçirilib

Aktual

3 İyul 2024, 10:24

Gəncə Dövlət Universitetində (GDU) Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə “Dialoq və İnkişaf Naminə” İctimai Birliyi tərəfindən icra olunan “Qərbi Azərbaycana qayıdış” layihəsi çərçivəsində tədbir keçirilib.

 

Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

 

Modern.az xəbəır verir ki, tədbirdə Qərbi Azərbaycanla bağlı videoçarx nümayiş olunub.

 

Universitetin Humanitar məsələlər üzrə prorektoru, dosent Gülsüm Fətəliyeva çıxış edərək Azərbaycan torpaqlarında Ermənistanın uzun illər ərzində həyata keçirdiyi etnik təmizləmə, soyqırım və deportasiya siyasəti barədə danışıb, Qərbi Azərbaycan İcması və Qayıdış Konsepsiyası haqqında söhbət açıb.  Diqqətə çatdırılıb ki, 1993-cü ildə Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəlişi Qərbi Azərbaycana qayıdışın da siyasi və hüquqi əsasını qoymuşdur.  Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, mahir sərkərdəlik bacarığı sayəsində 44 Günlük Vətən müharibəsində rəşadətli Azərbaycan Ordusunun düşmən üzərindəki möhtəşəm Qələbələri, Azərbaycanın suverenliyinin tam bərpa edilməsi və ölkə başçısının Xankəndi və digər ərazilərimizdə bayrağımızı ucaltması dövlətimizin gücünü və xalqımızın məğrurluğunu bütün dünyaya  bir daha nümayiş etdirdi. Düşmən üzərindəki davamlı qələbələrimiz vaxtı ilə öz əzəli yurdlarından didərgin  düşən  Qərbi azərbaycanlıların doğma ellərinə qayıdışına inamını daha da artırır.

 

Tədbirdə millət vəkili, GDU-nun Elm və innovasiyallar üzrə prorektoru Pərvin Kərimzadə, millət vəkili Müşfiq Cəfərov mövzu ilə bağlı fikirlərini bölüşüblər. Bildirilib ki, bu gün ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan regionda yeni reallıqlar yaradan güclü dövlətdir. Müstəqil Azərbaycanın və onun qüdrətli liderinin mövqeyi sülhə, beynəlxalq hüquqa və tarixi ədalətə əsaslanır. Hər kəsin öz əzəli torpaqlarında yaşamaq hüququ var və bu hüquq beynəlxalq konvensiyalarda təsbit edilib. Məhz bu səbəbdən də xalqımız əmindir ki, Qarabağa və Şərqi Zəngəzura Böyük Qayıdışın davamı olaraq Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Qərbi Azərbaycana qayıdış da reallaşacaqdır.

 

“Dialoq və İnkişaf Naminə” İctimai Birliyinin sədri, layihə rəhbəri Çingiz Bayramov,  layihə üzrə ekspert Günay Hacıyeva,  Qərbi  Azərbaycan İcmasının Gəncə üzrə nümayəndəliyinin müavini, GDU-nun əməkdaşı, siyasi elmlər üzrə fəlsəfə doktoru Arifə Əhmədli, GDU-nun tələbəsi Kənan Qurbanov  tarixə nəzər salaraq Ermənistanın Qərbi Azərbaycanda həyata keçirdiyi deportasiya siyasətindən və ermənilərin soydaşlarımıza qarşı törədikləri vandalizm aktlarından ətraflı bəhs ediblər.

 

Tədbirdə Azərbaycan Rəssamlar İttifaqının üzvü, tanınmış rəssam Cavanşir Məmmədovun  Qərbi Azərbaycanın füsunkar təbiətinə həsr etdiyi rəsm əsərləri haqqında məlumat verilib. Daha sonra rəsm əsərinin müəllifinə gənc nəslin vətənpərvər  ruhda yetişməsində göstərdiyi xidmətlərinə görə “Dialoq və İnkişaf Naminə” İctimai Birliyi tərəfindən Fəxri Fərman təqdim edilib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiya qərar verdi: “Ərdoğan vasitəçi olmayacaq”