Modern.az

ADU və Üsküdar Universiteti arasında əməkdaşlıq genişləndirilir

ADU və Üsküdar Universiteti arasında əməkdaşlıq genişləndirilir

Aktual

3 İyul 2024, 11:20

İyulun 2-də Türkiyənin Üsküdar Universitetinin rektoru Nazife Güngör  ADU-nun qonağı olub.

 

Modern.az xəbər verir ki, ADU-nun rektoru, akademik Kamal Abdulla qonaqları salamlayıb, onları universitetdə görməkdən məmnun olduğunu bildirib.

 

Qeyd olunub ki, Azərbaycan və Türkiyə arasında bütün sahələrdə olduğu kimi elm və təhsil sahəsində də əməkdaşlıq yüksələn xəttlə inkişaf etməkdədir.  ADU-da fəaliyyət göstərən dil və mədəniyyət mərkəzləri haqqında qonaqlara məlumat verilib.

 

Bildirilib ki, ADU növbəti dəfə QS beynəlxalq reytinqlər cədvəlində özünə yer tapa bilib. ADU-nun beynəlxalq əlaqələrin qurulmasında təcrübəsi, müəllim-tələbə mübadilə proqramlarının əhəmiyyəti haqqında qonaqlara məlumat verilib.

 

Üsküdar Universitetinin rektoru Nazife Güngör səmimi qarşılanmaya və qonaqpərvərliyə görə ADU rəhbərliyinə təşəkkürünü bildirib. Qonaq ADU ilə əməkdaşlığı yüksək qiymətləndirdiyini vurğulayıb. Qeyd olunub ki, iki universitet arasında elmi əməkdaşlığın qurulması və inkişafı üçün əlverişli şərait mövcuddur.

 

Görüş gələcək əməkdaşlıq və qarşılıqlı elmi təcrübələrin mübadiləsi istiqamətində müzakirələrlə davam edib.

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Rusiya qərar verdi: “Ərdoğan vasitəçi olmayacaq”