Modern.az

Ermənistan konstitusiyasını dəyişməsə... - İlham Əliyevin İrəvana SON MESAJI

Ermənistan konstitusiyasını dəyişməsə... - İlham Əliyevin İrəvana SON MESAJI

Aktual

3 İyul 2024, 14:41

Prezidenti İlham Əliyev Kanadanın yeni təyin edilən səfiri Kevin Hamiltonun etimadnaməsini qəbul edərkən deyib ki, Azərbaycanla Ermənistan arasında imzalanacaq sülh müqaviləsinin mətni, əsas prinsipləri üzərində işi bir neçə aya yekunlaşdırmaq olar.

Bununla yanaşı, Prezident İlham Əliyev qeyd edib ki, sülh sazişinin başlıca şərti Ermənistanın konstitusiyasının dəyişdirilməsidir.

“Çünki onun tərkibində Azərbaycana qarşı ərazi iddiaları var və bu, baş verməyənə qədər sülh sazişi imzalanmayacaq. Bu, məlum məsələdir”, - İlham Əliyev vurğulayıb.

Ermənistan tərəfi isə konstitusiyanın dəyişdirilməsi posesinini uzadır. 


Azərbaycan Prezidentinin mesajı nəyə hesablanıb? Ermənistan tərəfi İlham Əliyevin son mesajından nəticə çıxarıb konstitusiya dəyişikliyinə gedəcəkni?
 

Modern.az-a açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiyas ilə mübarizə komitəsinin üzvü Elşad Mirbəşiroğlu bildirib ki, Ermənistan konstitusiyası dəyişmədən imzalanacaq sülh sənədi davamlı olmayacaq:
 

“Kanadanın ökəmizə yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edən zaman cənab İlham Əliyev Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması ilə bağlı bir daha mövqelərimizi ifadə etdi. Azərbaycan Prezidentinin diqqətini çəkdiyi vacib məqam ondan ibarət oldu ki, Ermənistan Azərbaycana qarşı ərazi iddialarından əl çəkməlidir. Həqiqətən də, Ermənistan konstitusiyasının prembulasında Ermənistanın müstəqillik bəyannaməsinə istinad edilir və orada Azərbaycana qarşı açıq ərazi iddiaları mövcuddur. Bu da, sözsüz ki, sülh müqaviləsinin imzalanmasına əngəl törədir. Bu gün Ermənistan Azərbaycanla sülh müqaviləsi imzalayarsa, rahat şəkildə konstitusiyasına istinad edərək sənədin ratifikasiyasından imtina edə bilər. Çünki Ermənistan konstitusiyasının 116-cı maddəsinin 3-cü bəndində göstərilib ki, Ermənistanın imzaladığı beynəlxalq sənəd konstitusiya ilə ziddiyət təşkil edə bilməz. Yəni faktiki olaraq biz Ermənistanla sülh müqaviləsi imzalasaq, onun bir qüvvəsi olmayacaq”.

E.Mirbəşiroğlu qeyd edib ki, Ermənistanın konstitusiyada dəyişiklik etməməkdə məqsədi aydındır:
 

“Ermənistan gələcəkdə Azərbaycana qarşı yenidən ərazi xülyasına düşmək üçün özünə konstitusion əsas qoymaq istəyir. Çox təəssüflə qeyd etmək lazımdır ki, bu istiqamətdə ABŞ və bir sıra Qərb dairələri Ermənistana dəstək verirlər. Çünki onlar da gələcəkdə münaqişə yaratmaq imkanının qalmasında maraqlıdırlar. Ona görə də cənab Prezident çox haqlı olaraq, Ermənistanın konstitusiyasında dəyişiklik etməsinin vacibliyini bir daha önə çəkdi. Həm də sülh mətninin üzərində işlərin tez bir zamanda yekunlaşdırılmasının mümkünlüyünə toxundu və qeyd etdi ki, "yalnız ötən ilin dekabrından başlayaraq, Ermənistanla Azərbaycan arasında substantiv danışıqlara start verilib". Yəni antiterror əməliyyatından sonra birbaşa müzakirələr başlandı. Bu gün əsas prinsiplərlə bağlı razılığa gəlmək olar. ATƏT-in Minsk qrupunun o vaxtki "Madrid pinsipləri"ni də ölkə başçısı xatırladıb. Burada prinsip ondan ibarət idi ki, əsas məsələdə tərəflər razılaşdıqdan sonrakı mərhələdə sülh müqaviləsinin imzalanması ətrafında müzakirələr aparılsın. Azərbaycan bu gün də o mövqeni sərgiləməklə növbəti dəfə nümayiş etdirir ki, regionda sülhün və təhlükəsizlik imkanlarının maksimum tez bir zamanda yaradılmasının tərəfdarıdır. Azərbaycanın bununla yanaşı prinsipial mövqeləri var. Azərbaycanın olduqca ədalətli mövqelərini Prezident növbəti dəfə səsləndirməklə Ermənistanın ölkəmizə qarşı gələcəkdə ərazi iddiaları ilə hərəkətə keçmə imkanlarını indidən ortadan qaldırmaq istəyir. Bu da olduqca düzgün mövqedir".
 

Deputat vurğulayıb ki, Ermənistan artıq Azərbaycan Prezidentinin mövqeyinə həssas yanaşmalı olduğunu bilir:


“Ermənistan artıq aydın təsəvvürlərə malikdir ki, Azərbaycan Prezidentinin mövqeyinə həssas yanaşmaq lazımdır. Çünki 2020-ci ilə qədər də Azərbaycan Prezidenti Ermənistana müraciət edirdi ki, münaqişə dinc yolla aradan qalxsın. Prezident Ermənistanın havadarlarına da ona Azərbaycan torpaqlarından çıxması üçün müraciət edirdi. Amma bunu etmədilər. Belə olan halda biz işğalçı Ermənistanın ordusunu darmadağın edərək öz torpaqlarımızı işğaldan azad etdik. Zəfərdən sonra Azərbaycan Prezidenti reinteqrasiya ilə bağlı müraciət etdi. Separatçılara müəyyən çağırışlar edildi. Yenə də gözlədiyimiz reaksiyanı görmədik. Belə olan halda, antiterror tədbirləri həyata keçirib separatçıları ərazilərimizdən təmizlədik. Ona görə də Ermənistan sağlam məntiqə sığınarsa, bu günə qədər etdikləri səhvdən nəticə çıxarmalı və Azərbaycanın haqlı, olduqca ədalətli şərtlərini qəbul etməlidir. Ermənistan çox yaxşı bilir ki, Azərbaycanın tələblərini yerinə yetirməyəndə Azərbaycan özü məsələni həll etməyin yolunu bilir”.
 

Politoloq Elxan Şahinoğlu deyib ki, Prezident İlham Əliyevin məsələyə mövqeyi dəyişməzdir:
 

“Sülh sazişinin imzalanması üçün əsas tələbimiz qüvvədə qalır. Ermənistan konstitusiyası dəyişilməlidir. Yəni Azərbaycana qarşı ərazi iddiaları o sənəddən çıxarılmalıdır. Bu, baş vermədən sülh sazişinin imzalanması çətindir. Düzdür, hər hansı çərçivə sazişi imzalana bilər. Amma yekun sülh müqaviləsinin imzalanması problematikdir. Çünki sülh sazişi imzalandıqdan sonra hakimiyyət dəyişə və yenidən Azərbaycana qarşı ərazi iddiaları irəli sürülə bilər. Ona görə də yetkin sülh sazişinin imzalanması üçün, bəli, Ermənistan konstitusiyasında müvafiq dəyişikliklər edilməlidir. Baş nazir Paşinyan bunu özü də etiraf etmişdi. Lakin indi prosesi uzatmağa başlayıb. Amma İlham Əliyev son çıxışında bunu açıq bildirdi ki, konstitusiya dəyişdirilmədən sülh sazişi imzalana bilməz”.

"Ermənistan nə qədər bu prosesi yubada bilər" sualına politoloq belə cavab verib:
 

“Ermənistan konstitusiyasını dəyişmək istəsə, bu, daha qısa müddətdə baş verə bilər. Konstitusiyanı dəyişməkdən əlavə Azərbaycana qarşı ərazi iddiaları ehtiva edən bəndləri də çıxara bilərlər. Əlbəttə, konstitusiyanın dəyişdirilməsi vaxtı uzada bilər. Hətta Paşinyan iki il müddət deyir. Azərbaycan bununla razılaşa bilməz”.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiya qərar verdi: “Ərdoğan vasitəçi olmayacaq”