Modern.az

Ermənistan bizim müttəfiqimizdir - Rusiya baş nazirinin müavini

Ermənistan bizim müttəfiqimizdir - Rusiya baş nazirinin müavini

Aktual

3 İyul 2024, 15:36

Ermənistanın Rusiyanın müttəfiqidir. Modern.az xəbər verir ki, bunu Rusiya baş nazirinin müavini Aleksey Overçuk deyib.

“Bizim mövqeyimiz budur ki, Ermənistan Rusiyanın müttəfiqidir. Bizim çox mühüm iqtisadi əlaqələrimiz var. Ermənistanla ticarət dövriyyəsi 7,3 milyard dollar təşkil edir. Üstəlik, statistikaya nəzər salsanız, yanvar-aprel aylarında ötən illə müqayisədə ticarət dövriyyəsi iki dəfə artıb. Sürət çox yaxşıdır, iqtisadi əlaələr çox yaxşı inkişaf edir”, - Baş nazirin müavini qeyd edib.

Onun sözlərinə görə, Ermənistan Avrasiya İqtisadi İttifaqı formatında çox fəaldır.

"Bu il Ermənistan Avrasiya İqtisadi İttifaqına sədrlik edir və onun töhfəsi çox konstruktivdir", - Overçuk vurğulayıb.

Twitter
Sizə yeni tvit var
Keçid et
Rusiya qərar verdi: “Ərdoğan vasitəçi olmayacaq”