Modern.az

Bakının bu prospektində içməli su və kanalizasiya xətləri yenilənir - VİDEO

Bakının bu prospektində içməli su və kanalizasiya xətləri yenilənir - VİDEO

3 İyul 2024, 15:17

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi şəhərdaxili yol infrastrukturunun yenidən qurulması tədbirləri çərçivəsində  Bakı şəhərində 32 ünvanda istismar müddəti başa çatmış içməli və tullantı su xətlərinin yenilənməsi layihələri həyata keçirir.

 

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən Modern.az-a verilən məlumata görə, ötən müddətdə paytaxtın 18 küçə və prospektində su və kanalizasiya sistemlərinin dəyişdirilməsinə başlanılıb. İndiyədək bu sahədə işlərin böyük hissəsi icra edilib və bəzi ünvanlarda layihələrin icrasına hazırlıq görülür. Paytaxtın əsas magistral avtomobil yollarından sayılan 8 Noyabr prospektində uzun illər istismar olunan içməli su və kanalizasiya  xətlərinin dəyişdirilməsi intensiv qaydada davam etdirilir.

 

Hazırda dəyişdirilən su kəmərləri uzun müddət istismar olunduğuna görə potensial qəza riskləri   yaranırdı. 8 Noyabr prospektinin Nizami parkından Corat küçəsinə qədər olan hissəsində 2,8 km su xəttinin inşası yekunlaşmaq üzrədir. Eyni zamanda Əbilov küçəsi ilə kəsişmədən başlayaraq 8 Noyabr prospektinin sonuna qədər 600 metr magistral su xəttinin tikintisi yekunlaşıb və şəbəkəyə qoşulma işləri aparılır. Yeni su xətlərinin çəkilməsi ətraf ərazilərin içməli su təchizatını  yaxşılaşdıracaq.

 

8 Noyabr prospektindən keçən kanalizasiya kollektorunun uzun müddətdir istismar olunan  hissəsi dəyişdirilib. Bu məqsədlə Zığ nasos stansiyasından Nargilə dairəsinə qədər 1200 mm diametrli borularla 700 metr uzunluğunda yeni kollektor inşa edilib. Tədbirlər Planında nəzərdə tutulan işlərin qısa müddətdə başa çatdırılması nəzərdə tutulur.

 

Bakının bu prospektində içməli su və kanalizasiya xətləri yenilənir - VİDEO

Bakının bu prospektində içməli su və kanalizasiya xətləri yenilənir - VİDEO

Bakının bu prospektində içməli su və kanalizasiya xətləri yenilənir - VİDEO

Bakının bu prospektində içməli su və kanalizasiya xətləri yenilənir - VİDEO

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiya qərar verdi: “Ərdoğan vasitəçi olmayacaq”