Modern.az

Bələdiyyə sədrinə cinayət işi açıldı

Bələdiyyə sədrinə cinayət işi açıldı

Aktual

3 İyul 2024, 17:45

Göygöl rayon Toğanalı kənd bələdiyyəsinin sədri İslam İmanlının qanunsuz əməlləri barədə daxil olmuş müraciət əsasında rayon prokurorluğunda araşdırma aparılıb.  

 

Modern.az xəbər verir ki, araşdırma zamanı İslam İmanlının vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə kollegial orqan olan Toğanalı kənd bələdiyyəsinin adından təkbaşına qərarlar qəbul edərək bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin ayrı-ayrı şəxslərə satılması, istifadəyə və icarəyə verilməsinə dair rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil etməsinə əsaslı şübhələr müəyyən edilib.

 

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui istifadə etmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələrilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiya qərar verdi: “Ərdoğan vasitəçi olmayacaq”