Modern.az

DTX akademiyasında növbəti məzun buraxılışı - FOTO

DTX akademiyasında növbəti məzun buraxılışı - FOTO

Aktual

3 İyul 2024, 18:12

Bu gün Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Heydər Əliyev adına Akademiyasında (Akademiya) növbəti məzun buraxılışına həsr olunmuş təntənəli tədbir keçirilib.

 

Modern.az xəbər verir ki, tədbirdə DTX-nin rəisi general-polkovnik Əli Nağıyev, Xidmətin rəhbər əməkdaşları, təhlükəsizlik orqanlarının veteranları, Akademiyanın professor-müəllim heyəti və valideynlər iştirak edib.

 

Öncə Ulu Öndər Heydər Əliyevin Akademiyanın ərazisində ucaldılmış abidəsi ziyarət olunaraq önünə gül dəstələri düzülüb. 

 

Təntənəli tədbir məzunlara diplomların təqdim olunması mərasimi ilə davam edib, ardınca DTX-nin rəisi general-polkovnik Əli Nağıyev giriş nitqi ilə çıxış edib.

 

Azərbaycan təhlükəsizlik orqanlarının fəxri rəhbəri, dahi şəxsiyyət Heydər Əliyevin adını daşıyan Akademiyada təhsillərini uğurla başa vurmaları ilə bağlı məzunlara təbriklərini çatdıran Xidmət rəisi DTX-nin gələcək zabit əməkdaşlarının Vətənə və xalqa dönməz sədaqətlə xidmət edəcəklərinə, dövlətimizin təhlükəsizliyinin keşiyində hər zaman ayıq-sayıq duracaqlarına, əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan, Prezident İlham Əliyevin əvəzsiz səyləri nəticəsində müasir çağırışlara uyğun formalaşdırılmış milli təhlükəsizlik konsepsiyasının müvəffəqiyyətlə reallaşdırılması istiqamətində üzərilərinə düşən vəzifələri layiqincə yerinə yetirəcəklərinə, ölkənin təhlükəsizliyinin etibarlı təminatı naminə var qüvvə ilə çalışacaqlarına inamını bildirib.

 

Əli Nağıyev qeyd edib ki, yüksəkixtisaslı kadrlarla komplektləşdirilmiş və maddi-texniki bazası davamlı yenilənən Akademiyada keyfiyyətli təhsil alınması üçün tədris prosesi ilbəil təkmilləşdirilir, xüsusi təyinatlı təhsil müəssisəsinin infrastrukturu çağdaş tələblərə uyğun şəkildə yenidən qurulur. 

Twitter
Sizə yeni tvit var
Keçid et
Rusiya qərar verdi: “Ərdoğan vasitəçi olmayacaq”