Modern.az

Ərdoğan daha Zelenski ilə Putinə vasitəçilik etməyəcək

Ərdoğan daha Zelenski ilə Putinə vasitəçilik etməyəcək

4 İyul 2024, 09:30

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ukrayna münaqişəsinin həlli üzrə danışıqlarda mümkün vasitəçi rolunda çıxış etməyəcək.

Modern.az xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Birinci Kanalın efirində bildirib.

Kreml sözçüsü Türkiyə liderinin Rusiya-Ukrayna danışıqlarında vasitəçi olmasının mümkün olub-olmaması ilə bağlı sualı belə cavablandırıb: “Xeyr, bu, mümkün deyil”.
 

Peskov həmçinin təsdiqləyib ki, Ərdoğan və Rusiya prezidenti Vladimir Putin arasında dünənki görüşdə Ukrayna münaqişəsi mövzusu müzakirə olunub.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər