Modern.az

Bakıda COP29 üçün xüsusi taksi xidməti açılacaq?

Bakıda COP29 üçün xüsusi taksi xidməti açılacaq?

4 İyul 2024, 10:24

Noyabrda Bakıda beynəlxalq COP29 tədbiri keçiriləcək. Toplantıda iştirak etmək üçün paytaxtımıza dünyanın bir çox ölkəsindən çox sayda qonaqlar gələcəklər. Turistlərin hərəkətini təmin etmək üçün xüsusi taksilər ayrılacaqmı?

Nəqliyyat eksperti İlqar Hüseynov Modern.az-a bildirib ki, hələlik COP29 tədbirinə gələn turistlərə taksi xidmətinin təşkili ilə bağlı təşkilat komitəsinin, yaxud Nazirlər Kabinetinin xüsusi qərarı yoxdur:

“Beynəlxalq taksi şirkətləri dünyada oturuşmuş sistemdir. Düşünürəm ki, gələn turistlər dünyada və ölkəmizdə fəaliyyət göstərən Bolt, Uber və digər taksi şirkətlərindən rahatlıqla istifadə edə biləcəklər. Bu sistemlər onlayn qaydada işləyir və sərnişin istədiyi yerə rahatlıqla gedib-gələ bilir”.

Ekspertin sözlərinə görə, turistlərin qaldığı otellərdə də müştərilər üçün taksi sifarişləri personal tərəfindən rahatlıqla təmin edilir:

“Mənə elə gəlir ki, yalnız turistlərə xidmət edəcək taksi xidmətinin təşkili real görünmür. Yadınızdadırsa, əvvəlki beynəlxalq tədbilərin bəzilərində yarışlarda iştirak edəcək komandaların hərəkəti üçün xüsusi zolaqlar ayrılmışdı. Bu, birbaşa təyinat nöqtələrinə, idman infrastrukturu obyektlərinə hərəkətin təmini məqsədilə həyata keçirilmişdi. O zaman da xüsusi taksi xidməti həyata keçirilməmişdi. Düşünürəm ki, COP29-da da ayrıca taksi xidmətlərinin təşkilinə zərurət yaranmayacaq”.
 

Rəşid Qarayev

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Azərbaycanlı İranda qalib gəldi-İlham Əliyev Bakıya dəvət etdi