Modern.az

İrəvandakı səfirlər qiyamçı keşişin istəyini RƏDD ETDİLƏR

İrəvandakı səfirlər qiyamçı keşişin istəyini RƏDD ETDİLƏR

Aktual

4 İyul 2024, 10:00

Ermənistanda etiraz aksiyaları tədricən səngiyir. Bu aksiyaların təşkilatçısı - “Vətən uğrunda Tavuş” hərəkatının lideri, keşiş Baqrat Qalstanyan bir neçə gün öncə Zəngəzur bölgəsinə səfər edib. Lakin o, Zəngəzurda insanları aksiyaya təşviq edə bilməyərək, payaxta qayıdıb.

Modern.az “Hraparak”a istinadən xəbər verir ki, Baqrat Qalstanyan Zəngəzurda yerli sakinlərlə görüşlərin birində diqqətçəkən məlumatlar açıqlayıb.

Keşiş deyib ki, Ermənistanda akkreditə olunmuş səfirlərin 12 iyun hadisələrinə (İrəvandakı aksiyanın dağıdılması ilə müşayiət olunan polis-vətəndaş qarşıduması-red.) münasibətini soruşublar. Səfirlər nəinki hökuməti xüsusi tədbirlərə və polis vəhşiliyinə görə qınamayıblar, hətta bəzi məqamlarda etirazçıları ittiham ediblər.

Xarici dəstəkdən əlini üzən Baqrat Qalstanyan onunla görüşə gələn ermənilərə belə deyib:

“Ümidimizi özümüzə bağlamalıyıq”.

Keşiş səfirliklərdən birindən gələn cavabdan şoka düşdüyünü də etiraf edib:

“Bizim soydaşlarımız böyük bir ölkənin səfirliyinə, Avropanın böyük oyunçusuna məktub və videogörüntülər göndərərək, polisin vəhşiliklə insanları döyməsinə, qadın və uşaqların üstünə qaz bombası atmasına rəy bildirməsini istədilər. Lakin bizə dedilər ki, bəli, “bu epizodlar dəhşətlidir, bunlar sadəcə olaraq qəbuledilməzdir, lakin hakimiyyətə rusiyapərəstlərin, daha doğrusu, rus agentlərinin gələcəyindən daha az qorxuncdur””.

Baqrat Qalstanyan həmin ölkənin adını açıqlamayıb.

“Hraparak” isə yazıb ki, söhbət Fransanın Ermənistandakı səfiri Olivye Dekotinidən gedir. Onun adından hərəkatın fəal üzvünə belə bir cavab göndəriblər.

A.Qorxmaz

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Azərbaycanlı İranda qalib gəldi-İlham Əliyev Bakıya dəvət etdi