Modern.az

Baş nazirdən dəmiryol nəqliyyatı ilə bağlı QƏRAR

Baş nazirdən dəmiryol nəqliyyatı ilə bağlı QƏRAR

4 İyul 2024, 10:10

Nazirlər Kabineti dəmiryol nəqliyyatında hərəkətin təşkilində birbaşa iştirak edən şəxslərin vəzifələrinin siyahısının, eləcə də onların geyim formasının, fərqlənmə nişanlarının təsvirinin və daşınması qaydasının təsdiq edilməsi haqqında qərar qəbul edib.

 

Modern.az xəbər verir ki, qərarı Baş nazir Əli Əsədov imzalayıb.

 

Hökumət başçısı həmçinin “Dəmiryol nəqliyyatı vasitələrini idarə etmək hüququnun verilməsi üçün ixtisas imtahanının təşkili və keçirilməsi Qaydası”nın təsdiq edilməsi haqqında qərara imza atıb. Qərara əsasən, ixtisas imtahanı aşağıdakı kateqoriyalar üzrə müəyyən edilmiş dəmiryol nəqliyyatı vasitələrinə münasibətdə keçirilir:

 

“Eq” - Elektrik qatarı;

“Dz” - Dizel qatarı;

“E” - Elektrovoz;

“T” - Teplovoz;

“Lm” - Lokomobil;

“M/Dr/Mk” - Motovoz/Drezin/Maşın kompleksi.

Twitter
Sizə yeni tvit var
Keçid et
Azərbaycanlı İranda qalib gəldi-İlham Əliyev Bakıya dəvət etdi