Modern.az

Makronun Fransadakı reytiniqi ən aşağı səviyyəyə DÜŞDÜ

Makronun Fransadakı reytiniqi ən aşağı səviyyəyə DÜŞDÜ

Aktual

4 İyul 2024, 10:52

Növbədənkənar parlament seçkilərinin ikinci turuna az qalmış Fransanın hazırkı prezidenti Emmanuel Makronun reytinqi yenidən rekorda imza ataraq, son üç ayın ən aşağı səviyyəsinə çatıb.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, Makrondan fərqli olaraq baş nazirliyə ultrasağçı namizəd Jordan Bardelanın reytinqi artmaqda davam edir və ictimai etimadın yüksək indeksinə çatır.

“Toluna Harris Interactive” sorğu şirkətinə görə, son bir ayda rəy sorğularında Makronun reytinqi 6 faiz azalaraq 36 faizə düşüb.

Bu, onun mart ayından bəri ən aşağı reytinqidir. Hətta Makronun siyasi dayağı sayılan “Renessans” partiyasında onun etimad səviyyəsi 85 faiz təşkil edir ki, bu da 2024-cü  ilin fevralından bəri ən aşağı göstəricidir. Fransanın baş naziri Qabriel Atalın reytinqi 43 faiz olub.
“Milli Birlik” ultrasağ partiyasının lideri Jordan Bardelaya 40 faiz etimad var ki, bu da bir ayda 3 faiz artıb. Həmin partiyanın de-fakto lideri Marin Le Pen “Milli Birlik” çərçivəsində ən böyük dəstəyə malikdir, 93 faiz.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Azərbaycanlı İranda qalib gəldi-İlham Əliyev Bakıya dəvət etdi