Modern.az

Bəzi rayonlarda leysan yağış yağıb - FAKTİKİ HAVA

Bəzi rayonlarda leysan yağış yağıb - FAKTİKİ HAVA

Aktual

4 İyul 2024, 11:50

İyulun 4-ü saat 11:00-a olan faktiki hava açıqlanıb.


Milli Hidrometeorologiya Xidmətindən Modern.az-a verilən xəbərə görə, iyulun 4-ü saat 11:00-a olan məlumata əsasən gözlənildiyi kimi, əksər rayonlarda hava şəraiti əsasən yağmursuz keçib, lakin axşam bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxıb, arabir qısamüddətli leysan xarakterli yağış yağıb.

 

Düşən yağıntının miqdarı Əlibəydə(Zaqatala) 12 mm, Şahdağda 10 mm, Ordubad, İsmayıllı, Şahbuz, Culfa, Balakən, Zaqatala, Şəki, Şamaxı, Quba, Qusar, Xaçmaz, Xaltan, Şabran, Astarada 5 mm-dək olub.

 

İyulun 3-də qərb küləyi sarı xəbərdarlığa uyğun olaraq Naxçıvanda 16 m/s-dək güclənib.

 

Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 34, Naxçıvan MR-da 31, Aran rayonlarında 34, dağlıq rayonlarda 20-25 dərəcəyə isti olub

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Azərbaycanlı İranda qalib gəldi-İlham Əliyev Bakıya dəvət etdi