Modern.az

Bakı Mühəndislik Universitetinin 2024-cü il üzrə BİRİNCİSİ

Bakı Mühəndislik Universitetinin 2024-cü il üzrə BİRİNCİSİ

Aktual

4 İyul 2024, 12:30

Bakı Mühəndislik Universitetinin (BMU) Mühəndislik fakültəsinin “Kompüter mühəndisliyi” ixtisasından məzun olan Mais Şabanov 97.8 balla 2024-cü il üzrə ali məktəbin birincisidir.  

 

Modern.az xəbər verir ki, Qax rayonunun 2 saylı tam orta məktəbini 2020-ci ildə qızıl medalla bitirən M.Şabanov Dövlət İmtahan Mərkəzinin ali təhsil müəssisələrinə keçirdiyi qəbul imtahanlarında 659.7 bal toplayaraq yüksək göstəriciyə imza atıb.

 

O, informasiya texnologiyalarının sürətlə inkişaf etdiyi, həyatımızın ayrılmaz bir parçasına çevrildiyi bir zamanda “Kompüter mühəndisliyi” ixtisasının önəminin artdığını nəzərə alaraq, bu sahə üzrə ən yaxşı təhsil verən universitetləri araşdırıb və tədris üçün yaradılan imkanlarına, elmi-pedaqoji heyətinin peşəkarlığına, müasir və keyfiyyətli təhsil verdiyinə görə BMU-nu seçib.

 

M.Şabanov ali təhsil aldığı dövrdə ulu öndər Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr edilmiş “Ən yaxşı təqdimat” müsabiqəsinin qalibi seçilib.  Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə təsis edilən “Heydər Əliyev adına təqaüd”ün 100 nəfər sahibindən biri olub. Universitetin ictimai işlərində hər zaman fəallıq göstərib. Çox çalışmaq, keçirilən bütün fənləri eyni şəkildə öyrənmək, imtahanlara ciddi və məsuliyyətlə hazırlaşmaq  ona universitet birincisi olmaq şansı qazandırıb.

 

Builki magistratura imtahanlarında uğur qazanan BMU məzunu “Süni intellekt” ixtisasını seçib.

 

BMU-da oxuduğu müddətdə ixtisasının sirlərinə yiyələnməkdə əməyi keçən müəllimlərinə və hər addımında onu dəstəkləyən valideynlərinə minnətdar olan M.Şabanov ali təhsilində bundan sonra da nümunəvi olacağını, qazandığı bilik və bacarıqları Azərbaycanın gələcək inkişafı yolunda sərf edəcəyini bildirib. 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Azərbaycanlı İranda qalib gəldi-İlham Əliyev Bakıya dəvət etdi