Modern.az

“Cəbrayıl” klubuna yeni baş məşqçi təyin edildi

“Cəbrayıl” klubuna yeni baş məşqçi təyin edildi

Aktual

4 İyul 2024, 13:06

Elhad Nəziri bu ildən Azərbaycan çempionatının I Liqasında mübarəz aparacaq "Cəbrayıl" futbol klubunun yeni baş məşqçisi təyin edilib.

Modern.az xəbər verir ki, bu barədə klubun rəsmi açıqlamasında bildirilib.

B kateqoriyalı baş məşqçi ilə, 1 illik müqavilə imzalanıb.

Qeyd edək ki, Elhad Nəziri futbolçu kimi "Qarabağ" , "Lokomotiv", "Milsami"(Moldova)," Petrolul" (Rumıniya)," İnter" (Bakı), "Metralul" (Rumıniya) klublarının fomasını geyinib.

Rumıniya kubokunun qalibi və çempionatın bürünc mükafatçısı olub.

Gənc çalışdırıcı "Cəbrayıl" ilə Region Liqasının qalibi və II Liqanın gümüş medalçısı olub.

Xatırladaq ki, “Cəbrayıl” futbol klubunun əvvəlki baş məşqçisi Cavid Hüseynov ötən həftə tutduğu vəzifədən istefa verib. Cavid Hüseynovun yeni iş yeri “Turan Tovuz” klubu olacaq. O, burada ikinci məşqçi kimi çalışacaq. 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Azərbaycanlı İranda qalib gəldi-İlham Əliyev Bakıya dəvət etdi