Modern.az

Paytaxtın bu küçələrində təmir yekunlaşdı - VİDEO

Paytaxtın bu küçələrində təmir yekunlaşdı - VİDEO

Aktual

4 İyul 2024, 13:30

Bakının Səbail rayonunun Mehdi Hüseyn və Teymur Elçin küçələrində təmir işləri yekunlaşıb.

Modern.az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb.

Məlumata görə, təmir çərçivəsində hər iki küçədə frezlənmə və yeni asfalt-beton örtüyünün döşənməsi icra olunub.

"Bu işlərə paralel olaraq küçələrdə yeraltı kommunikasiya xətlərinin baxış qapaqlarının və yağış barmaqlıqlarının layihə hündürlüyünə qaldırılması işləri də icra olunub. Son mərhələdə üfüqi nişanlanma xətləri, piyada zolaqları və parkinq yerləri ilə təmin olunan küçələr müasir görkəmdə vətəndaşların istifadəsinə verilib",-deyə məlumatda qeyd edilib.

 

 

Whatsapp
Bizə yazın!
Keçid et
Azərbaycanlı İranda qalib gəldi-İlham Əliyev Bakıya dəvət etdi