Modern.az

Müdafiə Nazirliyi iki generalı ehtiyata buraxdı

Müdafiə Nazirliyi iki generalı ehtiyata buraxdı

Aktual

4 İyul 2024, 14:35

Müdafiə Nazirliyinin Baş Hərbi İnspeksiyasının rəisi general-leytenant Zakir Ağayev ilə Rabitə, İnformasiya Texnologiyaları və Kibertəhlükəsizlik Baş İdarəsinin rəisi general-mayor Məmməd Eminov vəzifələrindən azad ediliblər.

Modern.az xəbər verir ki, “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, bu barədə müvafiq sərəncam imzalanıb.

Generallar Ağayev və Eminov ehtiyata buraxılıblar.

Məlumatı Müdafiə Nazirliyindən təsdiqləyiblər. Bildirilib ki, Azərbaycan Prezidentinin müvafiq Sərəncamı ilə Müdafiə Nazirliyinin Baş Hərbi İnspeksiyasının rəisi general-leytenant Zakir Ağayev ilə Rabitə, İnformasiya Texnologiyaları və Kibertəhlükəsizlik Baş İdarəsinin rəisi general-mayor Məmməd Eminov öz arzuları ilə ehtiyata buraxılıblar.

“Azərbaycan bayrağı” ordeni ilə təltif edilmiş Zakir Ağayevə 2022-ci ildə Prezident İlham Əliyevin sərəncamı ilə general-leytenant rütbəsi verilmişdi.

Twitter
Sizə yeni tvit var
Keçid et
Azərbaycanlı İranda qalib gəldi-İlham Əliyev Bakıya dəvət etdi