Modern.az

Müsavat seçkilərdə iştirak qərarı verdi - Arif Hacılıya vəzifə tapşırıldı

Müsavat seçkilərdə iştirak qərarı verdi - Arif Hacılıya vəzifə tapşırıldı

Aktual

4 İyul 2024, 17:55

İyulun 4-də Müsavat Partiyası Məclisinin növbədənkənar sessiyası keçirilib.

Modern.az xəbər verir ki, partiyanın mətbuat xidmətinin məlumatına görə, iclasda sentyabrın 1-nə təyin olunan növbədənkənar parlament seçkilərində iştirakla bağlı məsələ müzakirə olunub.

Məclis Müsavat Partiyasının 1 sentyabr seçkisində iştirak etməsi barədə qərar qəbul edib. 

Məclis həmçinin deputatlığa namizədlərin irəli sürülməsi və digər prosedur məsələlərlə bağlı operativ qərarların qəbul edilməsi üçün Divana səlahiyyət verib.

Partiyanın başqanı İsa Qəmbərin təklifi ilə Arif Hacılı seçki qərargahının sədri seçilib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Azərbaycanlı İranda qalib gəldi-İlham Əliyev Bakıya dəvət etdi