Modern.az

Konstitusiya Məhkəməsində İraqın Ali Məhkəmə Şurasının nümayəndə heyəti ilə görüş keçirilib

Konstitusiya Məhkəməsində İraqın Ali Məhkəmə Şurasının nümayəndə heyəti ilə görüş keçirilib

Aktual

4 İyul 2024, 17:40

İyulun 4-də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsində ölkəmizdə rəsmi səfərdə olan İraq Respublikasının Ali Məhkəmə Şurasının sədri Faiq Zidanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.

 

Modern.az xəbər verir ki, görüşdə Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev rəhbərlik etdiyi qurumun fəaliyyəti barədə ətraflı məlumat verib. Qeyd edilib ki, bu səfər Azərbaycan üçün tarixi hadisələrin cərəyan etdiyi dövrə təsadüf edir. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad edilmiş Azərbaycan torpaqlarında Azərbaycan Respublikasının Konstitusiyasının hüquqi qüvvəsi bərpa edilib və bu il sentyabrın 1-də ilk dəfə həmin ərazilərdə Milli Məclisə seçkilər keçiriləcək.

 

İraq Respublikasının Ali Məhkəmə Şurasının sədri Faiq Zidan ətraflı məlumata və yüksək qonaqpərvərliyə görə minnətdarlığını bildirib. O, qeyd edib ki, rəsmi səfərin məqsədi məhkəmə sahəsində əlaqələrin qurulması və əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsidir. Qonaq iki ölkə arasında məhkəmə-hüquq əməkdaşlığının vacibliyinə toxunaraq, İraq Respublikasında konstitusiya ədalət mühakiməsini həyata keçirən Federal Ali Məhkəməsinin, təmsil etdiyi ölkənin məhkəmə orqanlarının fəaliyyətinin istiqamətləri və praktiki işindən bəhs edib.

 

Tərəflər arasında geniş fikir mübadiləsi aparılıb, məhkəmə-hüquq əməkdaşlığının gücləndirilməsinin vacibliyi vurğulanıb.

 

Görüşdə, həmçinin Konstitusiya Məhkəməsinin hakimləri və Aparatın məsul əməkdaşları iştirak ediblər.

 

Tədbirin sonunda qonaqlar Konstitusiya Məhkəməsinin binası ilə tanış olublar.

Twitter
Sizə yeni tvit var
Keçid et
Azərbaycanlı İranda qalib gəldi-İlham Əliyev Bakıya dəvət etdi