Modern.az

Viktor Orban sabah Azərbaycana GƏLİR

Viktor Orban sabah Azərbaycana GƏLİR

Aktual

4 İyul 2024, 18:00

Macarıstan Baş naziri Viktor Orban Azərbaycana səfər edəcək.

 

Modern.az xəbər verir ki, bu barədə Baş nazirin sözçüsü Zoltan Kovacs bildirib.

 

Onun sözlərinə görə, Baş nazir Viktor Orban 5-6 iyul tarixlərində Şuşa şəhərində Türk Dövlətləri Təşkilatının Zirvə Toplantısında iştirak edəcək.

 

"Sammitdə əsas diqqət nəqliyyat, əlaqələnmə və iqlim siyasəti vasitəsilə davamlı gələcəyin qurulmasına yönəldiləcək. Üzv dövlətlər, o cümlədən Türkiyə, Özbəkistan, Türkmənistan, Qazaxıstan, Azərbaycan, Qırğızıstan və Macarıstan (müşahidəçi qismində) bu sahələrdə əməkdaşlığı genişləndirməyi hədəfləyirlər. Baş nazir Orban tərəfdaş dövlətlərin liderləri ilə də ikitərəfli danışıqlar aparacaq", - o bildirib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Azərbaycanlı İranda qalib gəldi-İlham Əliyev Bakıya dəvət etdi