Modern.az

İcbari Sığorta Bürosuna yeni icraçı direktor təyin olundu

İcbari Sığorta Bürosuna yeni icraçı direktor təyin olundu

5 İyul 2024, 10:24

İcbari Sığorta Bürosunun (İSB) Himayəçilər Şurasının qərarı ilə Vüsal Məsiyev qurumun icraçı direktoru vəzifəsinə təyin olunub.

 

Bu barədə Modern.az-ın sorğusuna cavab olaraq İSB-dən bildirilib.

 

O, bu vəzifədə Rəşad Əhmədovu əvəz edib.

 

V.Məsiyev vaxtilə İSB-nin Baş İnformasiya Meneceri vəzifəsində çalışıb, eləcə də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinə (DOST) məxsus "DOST Rəqəmsal İnnovasiyalar Mərkəzi" MMC-də direktor müavini, Dövlət Məşğulluq Xidmətində İdarə Heyəti sədrinin müşaviri, "Sybernet" MMC-də Texniki direktor işləyib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Azərbaycanlı İranda qalib gəldi-İlham Əliyev Bakıya dəvət etdi